ABŞ Rusiya ilə müharibə edəcəkmi? - AÇIQLAMA

 20:17 02.05.2023     372

"ABŞ Rusiya ilə müharibəyə can atmır, lakin Ukraynada münaqişənin gərginləşməsi ehtimalına diqqət yetirir".

Redaktor.az xəbər verir ki, bunu “Foreign Affairs” jurnalına müsahibəsində ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.

"Düşünürəm ki, hər kəs gərginləşməməkdə maraqlıdır. Rusiya NATO və ya ABŞ ilə müharibə istəmir, NATO və ABŞ isə Rusiya ilə onun ərazisində müharibə istəmir."

Bununla belə, Milli eskalasiyanın real ehtimalının olduğunu inkar etməyib.

"Gündən-günə biz özümüzün və ya rusların atacağı hər hansı bir hərəkətlə bağlı eskalasiya ehtimalını qiymətləndiririk. ABŞ və Rusiya və ya hər hansı NATO ölkəsi ilə Rusiya arasında silahlı münaqişənin nəticələri hər iki tərəf üçün dağıdıcı olardı. Bunun qarşısını almaqda hamı maraqlıdır", - deyə hərbi lider vurğulayıb.

Tunar Altunbay