Avropa İttifaqı Ukrayna taxılının bu ölkələrə ixracına qadağa qoydu

 20:46 02.05.2023     393

Avropa Komissiyası (AK) mayın 2-dən iyunun 5-dək Ukraynadan taxılın Şərqi Avropanın beş ölkəsinə ixracına qadağa qoyub, onun tranzitinə və digər Aİ ölkələrinə ixracına icazə verib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Avropa Komissiyasının yaydığı bəyanatda deyilir.

Məlumata görə, lazım gələrsə, məhdudiyyətlər iyunun 5-dən sonra da uzadıla bilər.

"Avropa Komissiyası Ukraynadan taxıl ixracı üçün müstəsna və müvəqqəti tədbirlər görüb. Tədbirlər mayın 2-dən qüvvəyə minəcək və 2023-cü il iyunun 5-dək qüvvədə olacaq. Bu müddət ərzində Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya istisna olmaqla, bütün Aİ ölkələrində sərbəst satıla bilər.Bu məhsullar bu ölkələr vasitəsilə tranzitlə daşınmağa davam edə bilər”, - bəyanatda qeyd edilib.

O da bildirilir ki, bu ölkələr Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına birtərəfli qadağaları aradan qaldırmaq öhdəliyi götürüblər.

Tunar Altunbay