ABŞ Meksika ilə sərhədə əlavə 1500 əsgər yerləşdirəcək

 20:54 02.05.2023     360

Vaşinqton administrasiyası gözlənilən miqrant axını fonunda 1500 əsgəri 90 gün müddətinə Meksika ilə sərhədə köçürmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı CBS telekanalı məlumat yayıb.

Bildirilir ki, hərbçilər miqrantların daşınması və narkotik axtarışı da daxil olmaqla hüquq-mühafizə və sərhəd xidmətlərinə dəstək verəcəklər.

Telekanalın məlumatına görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bundan əvvəl dəstək istəyib.

Səlahiyyətlilər yeni koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasının ölkəyə gələn miqrantların sayının artmasına səbəb olacağını gözləyirlər.

Nəşr 2,5 minə yaxın Milli Qvardiyanın əsgərinin artıq Meksika ilə sərhəddə olduğunu bildirir. Onlar ABŞ Sərhəd və Gömrük Mühafizə Xidmətinə yardım göstərirlər.

Tunar Altunbay