Gürcüstan ABŞ-la birgə hərbi təlimdən imtina etdi

 23:48 02.05.2023     424

Gürcüstan ABŞ-ın Avropada təşkil etdiyi “Defender 2023” çoxmillətli təlimlərində iştirak etməyəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, qərar Amerika tərəfi ilə razılaşdırılıb. Gürcüstan Müdafiə Nazirliyi 2023-cü ildə NATO ölkələri ilə birlikdə Türkiyə, Almaniya, Slovakiya və Niderlanda keçirilən dörd beynəlxalq təlimdə iştirak etdiyini qeyd edib.

İlin sonuna kimi ölkə Türkiyə, Estoniya, Polşa, Bolqarıstan, Rumıniya, Böyük Britaniya, Almaniya, Azərbaycan və İtaliyada keçiriləcək təlimlərdə də iştirak etməyi planlaşdırır.