Rusiyada neft bazasına dronla hücum edildi

 09:08 03.05.2023     436

Rusiyanın Krasnodar diyarının Taman limanı yaxınlığındakı neft məhsulları rezervuarı alışıb.

Redaktor.az xəbər verir ki, bu barədə regionun başçısı Viniamin Kondratyev teleqramda bildirib.

Onun sözlərinə görə, yanğına ən yüksək çətinlik dərəcəsi verilib. Region başçısı hadisə nəticəsində ölən və ya yaralananların olmadığını da vurğulayıb: “Alovun daha da yayılmasının qarşısını almaq üçün hər cür səy göstərilir. Kənd sakinləri üçün heç bir təhlükə yoxdur”.

Eyni zamanda, Rusiyanın yerli müharibə tərəfdarı teleqram kanalı “Kirill Fyodorov” alovlanmanın dron zərbəsi ilə əlaqələndirib: “02:30-da (Bakı vaxtı ilə 03:30 – red.) Ukraynaya məxsus pilotsuz uçuş aparatı Taman limanında “Tamannefteqaz” şirkətinin yanacaq çənini vurub”.