Bu ölkələrin nümayəndələri taxıl sazişi ilə bağlı görüşəcək
Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə günü Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin taxıl müqaviləsi üzrə mayın 5-də İstanbulda görüş keçirməyi planlaşdırdığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, nazir bu barədə TRT telekanalına müsahibəsində deyib.
"Cümə günü, mayın 5-də Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri taxıl müqaviləsini müzakirə etmək üçün İstanbulda görüşməyi planlaşdırırlar. Deyə bilərik ki, tərəflər sazişin müddətini uzatmağa hazırdırlar. Biz bu təşəbbüsün problemsiz uzadılmasını istəyirik”,- deyə Akar bildirib..
Tunar Altunbay