"ABŞ mənə təzyiq edir" - Süleyman Soylu

 11:45 03.05.2023     936

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ABŞ ona nazir kimi fəaliyyətə başladığı ilk gündən təzyiqlər etməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb.

"Daxili İşlər Nazirliyinə gəldiyim ilk aydan Amerika mənə təzyiq göstərməyə başladı. Onlar Türkiyədə yerləşdirilən suriyalıların biometrik və şəxsiyyət məlumatlarına ehtiyaclarının olduğunu dedilər. Amma onlara bu məlumatı verməyəcəyimi bildirdim."Ş- Soylu deyib.

Nazirin sözlərinə görə, ABŞ Türkiyənin inkişafını dayandırmağa və onu geri çəkilməyə və məğlubiyyət yaşamağa məcbur etməyə çalışır: "Amma bu, Prezident Tayyib Ərdoğanın dövlətin sükan arxasında olduğu zaman baş verməyəcək."

Soylu dəfələrlə ABŞ-ı və ümumilikdə Qərbi tənqid edib.

Xatırladaq ki, aprelin sonlarında o, ABŞ və Avropanın mayın 14-də keçirilən parlament və prezident seçkiləri fonunda Türkiyə müxalifətinə prezident Tayyib Ərdoğanı devirmək göstərişi verdiyini deyib.

Tunar Altunbay