Türkiyə Azərbaycana görə Ermənistana bunu qadağan etdi

 12:08 03.05.2023     778

Türkiyə öz hava məkanını üçüncü ölkələrə uçan Ermənistan aviaşirkətlərinin təyyarələri üçün bağlayıb.

Redaktor.az xəbər verir ki, bunu çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.

"Biz Ermənistan üçün hava məkanını üçüncü ölkələrə uçuşlar üçün bağlamışıq. Lazım gələrsə, ölkəmizə təyyarələr buraxacağıq, lakin Ermənistanın Türkiyə və Azərbaycana qarşı təxribatları olduğu müddətdə təyyarələrin və şəxsi təyyarələrin məkanımızdan keçməsinə icazə verməyəcəyik. Onlar təxribatı dayandırmasalar, başqa tədbirlər görəcəyik”.

Tunar Altunbay