Serbiyada məktəbdə atışmada ölənlərin sayı artdı - VİDEO
Bu gün Serbiyanın paytaxtı Belqradın mərkəzindəki orta məktəbdə həmyaşıdlarına atəş açan 14 yaşlı yeniyetmə azı 9 nəfəri öldürüb.
Redaktor.az xəbər verir ki, bu barədə “Veçerne Novosti” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, yeddinci sinif şagirdi əvvəlcə mühafizəçini, sonra isə dəhlizdə olan 8 şagirdi güllələyib.
Qəzet yaralıların vəziyyətinin ağır olduğunu bildirib. Atıcının narkotikin təsiri altında ola biləcəyi qeyd edilib.
Tunar Altunbay