Putinin iqamətgahına dronla belə hücum edildi - VİDEO

 16:19 03.05.2023     1553

Ukrayna gecə saatlarında dronlarla Kremlə zərbə endirməyə çalışıb.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, hücum uğurla dəf edilib.

Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, “iki pilotsuz uçuş aparatı Kremlə yönəlib”.

“Hərbi və xüsusi xidmət orqanlarının radar döyüş sistemlərindən istifadə etməklə vaxtında gördüyü tədbirlər nəticəsində qurğular sıradan çıxarılıb. Onların düşməsi və qırıntıların Kreml ərazisinə səpələnməsi nəticəsində ölən və ya maddi ziyan dəyməyib. Terror aktı nəticəsində Rusiya Federasiyasının prezidenti xəsarət almayıb. Onun iş qrafiki dəyişməyib və həmişəki kimi davam edir", - məlumatda qeyd edilib.

Kreml Kiyev rejiminin hücum cəhdini Qələbə Günü ərəfəsində planlaşdırılan terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd kimi qiymətləndirir. 

Əlavə edib ki, Rusiya lazım bildiyi yerdə və nə vaxt Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır.

Tunar Altunbay