Zelenski gözlənilmədən Finlandiyaya səfər etdi

 16:59 03.05.2023     490

Ukrayna Prezidenti Volodimir Zelenski gözlənilmədən Finlandiyaya səfər edib.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Finlandiya mətbuatı məlumat verib.

Məlumata görə, səfər zamanı o, Finlandiya Prezidenti Sauli Niinistönun Helsinkiyə dəvət etdiyi Skandinaviya ölkələrinin baş nazirləri ilə görüşəcək.

Qeyd olunur ki, Zelenski Niinistö ilə mətbuat konfransı da keçirəcək.

Həmidə İbrahimli