“Putinə və ya Moskvaya hücum etmirik, öz ərazimizdə döyüşürük”

 20:31 03.05.2023     460

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 3-nə keçən gecə Kremlə pilotsuz təyyarə ilə hücumda Kiyevin əli olması iddialarını təkzib edib.

Redaktor.az xəbər verir ki, bu haqda UNİAN məlumat yayıb.

“Sözlərimi təkrarlaya bilərəm. Düşünürəm ki, bu, hamıya aydın olacaq. Biz Rusiya prezidenti Vladimir Putinə və ya Moskvaya hücum etmirik, biz öz ərazimizdə döyüşürük, şəhərlərimizi və kəndlərimizi qoruyuruq”, - deyə Zelenski Finlandiyaya səfəri zamanı mətbuat konfransında bildirib.