Paşinyan Çexiyaya gedir
Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyaya səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Səfər mayın 4-5-də baş tutacaq. Paşinyan Çexiya prezidenti, baş naziri, parlamentin hər iki palatasının spikerləri ilə danışıqlar aparacaq.