“Zelenskinin fiziki məhv edilməsindən başqa seçim qalmadı” - Medvedev
“Zelenski və onun kabinetinin fiziki məhv edilməsindən başqa heç bir seçim qalmadı”.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram hesabında yazıb.
“Bugünkü terror aktından sonra Zelenski və onun kabinetinin fiziki məhv edilməsindən başqa heç bir seçim qalmadı. Hətta qeyd-şərtsiz təslim olma aktını imzalamağa belə ehtiyac yoxdur”, - deyə Medvedev qeyd edib.
Qeyd edək ki, Kremlə PUA-larla zərbə endirilməyə cəhd edilib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları gecə 3 radələrində Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb.