Rusiyada neft emalı zavodunda dron partladı

 09:48 04.05.2023     422

Rusiyanın Rostov vilayətində neft məhsulları zavodunda dron partlayıb.

Redaktor.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Vasili Qolubev Telegram kanalında məlumat verib.

Məlumata görə, yanğın müəssisənin işçiləri tərəfindən tez bir zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, tikililərə cüzi ziyan dəyib.

Qeyd olunur ki, bu, Rusiyanın neft bazalarında ikinci gündə baş verən üçüncü insidentdir. Mayın 3-nə keçən gecə Tamanski kənd yaşayış məntəqəsində pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində 1200 kvadratmetr sahədə neft məhsulları olan çən yanıb.

Mayın 4-nə keçən gecə Krasnodar diyarındakı İlski neft emalı zavodunda neft məhsulları olan çənlər 400 kvadratmetr sahədə yanıb.

Rusiya İstintaq Komitəsi Ukrayna tərəfindən Donetskin atəşə tutulması, Kursk vilayətinin Qluşkovski rayonunun Tetkino kəndinə hücum, həmçinin Krasnodar diyarında pilotsuz təyyarənin qəzaya uğraması, neft məhsulları olan çənin alovlanması faktlarını araşdırır.

Həmidə İbrahimli