Ruslar Xersonda 23 nəfəri öldürdü

 10:16 04.05.2023     423

Rusiya ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.

Redaktor.az UNİAN-a istinadla bildirir ki, bu barədə Xerson hərbi vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

Onun sözlərinə görə, şəhər ağır artilleriya, PUA və aviasiya vasitələri ilə hücuma məruz qalıb.

Nəticədə 23 nəfər həlak olub, 46 nəfər yaralanıb və bildirilib ki, xəsarət alanlardan 2-si uşaqdır.

Məlumatda qeyd edilib ki, şəhərdə mülki binalar arasında dağıntılar da olub və ümumilikdə, 84 nəfər təxliyə edilib.

Tunar Altunbay