Ukraynada səfərbərlikdən yayınanlar Rusiyaya daşınır

 10:26 04.05.2023     374

Ukraynada hüquq-mühafizə orqanları hərbi xidmətdən yayınanları Rusiyaya aparanları saxlayıb.

Redaktor.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın Sumı vilayət prokurorluğu Facebook-da  məlumat yayıb.

Qeyd olunur ki, Rusiyaya getmək istəyənlər internet vasitəsilə tapılıb. Səfərbərlikdən qaçanlar üçün sərhədi keçmək 4300 dollara başa gəlir.

“Şübhəlilər ifşa olunmamaq üçün müştərilərlə messencer vasitəsilə əlaqə saxlayıb və sərhəd xəttinə gedərkən bir neçə dəfə nəqliyyat vasitələrini dəyişiblər”,- deyə prokurorluq qeyd edib.

Məlumata görə, aprelin 29-da 25 yaşlı gənci qeyrin-qanuni Rusiyaya keçirməyə çalışanlar saxlanılıblar.

Həmidə İbrahimli