Türkiyədə prezident seçkilərinə görə qadağalar AÇIQLANDI

 10:31 04.05.2023     405

Türkiyədə prezident seçkilərinə 10 gün qalmış bəzi qadağalar açıqlanıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata əsasən, seçkilərlə bağlı sorğuların və rəy sorğularının dərci bu gündən qadağan edilir.

Seçki günü isə, yəni mayın 14-ü səhər saat 06:00-dan 24:00-dək spirtli içkilərin satışı qadağan ediləcək, toylar saat 18:00-dan sonra keçirilə bilər. Saat 18:00-dək KİV-də seçkilər və onların nəticələri ilə bağlı xəbər proqnozlarının verilməsinə, şərh edilməsinə icazə verilməyəcək.

Qeyd edək ki, Türkiyədə sonuncu prezident seçkiləri 24 iyun 2018-ci ildə keçirilib. Həmin seçkidə Ərdoğan  52.5% səs toplayaraq prezident seçilib.

Humay İSGƏNDƏRLİ