Rusiya sualtı kabellərə də hücum hazırlayır - NATO

 10:32 04.05.2023     358

Rusiya NATO-nun sualtı infrastrukturuna hücuma hazırlaşır. Blokun baş katibinin kəşfiyyat və təhlükəsizlik üzrə köməkçisi Devid Katler bildirib ki, bunun üçün ölkə rəhbərliyi alyansın sualtı sistemlərini öyrənir.

Redaktor.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya həm quruda, həm də sualtında mühüm müttəfiq infrastrukturun xəritəsini çəkir. Beləliklə, Moskva Avropa və Şimali Amerikadakı sualtı hədəflərə hücumlara hazırlaşır. O əlavə edib ki, əməliyyatda Rusiya hərbçiləri və xüsusi təyinatlıları iştirak edir.

NATO baş katibinin köməkçisi xatırladıb ki, Rusiya münaqişənin ilkin mərhələlərində hərbi əməliyyatları məhz belə aparır - o, kritik infrastrukturu məhv etməyə çalışır. Moskva Ukrayna ilə müharibədə belə taktikaya əl atıb.

Katler qeyd edib ki, söhbət internet rabitəsinin 95%-ni təşkil edən sualtı kabellərdən gedir. Onların köməyi ilə hər gün təxminən 10 trilyon dollar məbləğində maliyyə əməliyyatları həyata keçirilir.

Bu arada beynəlxalq araşdırmaçı jurnalistlər qrupu “Şimal axını” qaz kəmərinin partladığı yerlərin yaxınlığında Rusiya gəmilərinin gizli olmasına dair sübutlar tapıb. Qeyd olunur ki, bunlar sualtı əməliyyatlar aparmağa qadir olan gəmilər olub.

Rusiya kəşfiyyat orqanları illərdir Danimarka üçün ən böyük təhlükə olub və gələcəkdə də təhlükə olaraq qalacaq, ölkənin polis kəşfiyyatı yeni hesabatında bildirib.

Tunar Altunbay