Baydenin oğluna qarşı ittiham irəli sürüldü

 10:41 04.05.2023     387

ABŞ prokurorları tezliklə Prezident Co Baydenin oğlu Hanter Baydeni vergi pozuntularında və silah alması ilə bağlı yalan şahidlikdə ittiham edib-etməməsinə qərar verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Keçən həftə Baydenin vəkilləri ABŞ-ın Delaver ştatından olan prokuror Devid Veys ilə cinayət tədqiqatını müzakirə etmək üçün Vaşinqtonun mərkəzindəki Ədliyyə Departamentinin qərargahında görüşüblər.

Qəzetin yazdığına görə, adətən belə görüşlər prokurordan ittihamların azaldılmasını xahiş etmək üçün keçirilir.

Qeyd olunur ki, bu işdə hər hansı bir nəticə yeni prezident seçilmək üçün kampaniyaya başlayan Co Baydenə təsir edə bilər.

Bundan başqa, 2018-ci ildə istintaqa başlanılan iş üzrə qərar da ləngiyə bilər.

Xatırladaq ki, martın 18-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin bəyanatına əsasən Hunter Bayden və Ağ Ev rəhbərinin digər ailə üzvləri 1,3 dollar almaqda təqsirli bilindikləri məlum olub.

Aydın olub ki, pul 2017-ci ilin mart ayının əvvəlində, Bayden ABŞ vitse-prezidenti postunu tərk etdikdən təxminən iki ay sonra köçürülüb.

Həmin vaxt nəzarət komitəsinin sədri Ceyms Komer Bayden və ailəsinin biznes sxemlərinin "pul izini" izləmək niyyətində idi.

Bayden kiçik federal qanunları pozmaqda şübhəli bilinir. İttiham aktı onun ABŞ prezidentinin mətbuat katibi Kendra Barkoff ilə yazışmalarına əsaslanıb. O, Ukraynanın qaz şirkəti “Burisma Holdings”in direktorlar şurasında iştirakı ilə bağlı medianın suallarını necə cavablandırmaq barədə göstəriş verib.

Qanun pozuntusu ondan ibarətdir ki, Hanter Bayden öz fəaliyyətini xarici agent kimi qeydiyyata alınmadan həyata keçirib, ABŞ qanunlarına görə, bu, ciddi ittihamdır.

Yanvarın 3-də Britaniyanın “Daily Mail” nəşri Koloradolu hüquqşünas Kevin Evansa istinadən bildirib ki, ABŞ Ədliyyə Nazirliyi Hunter Baydenin Çin, Rusiya və Ukrayna ilə əlaqəsini təsdiqləyən ən azı 400 səhifəlik məxfi sənədləri gizlədir.

Arzu İSMAYIL