Putin dron hücumunda xəsarət alıb? - RƏSMİ AÇIQLAMA

 13:55 04.05.2023     258

Rusiya Prezidenti Vladimir Putinin bu gün Kremldəki iqamətgahında iş günü keçirilir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Cümə axşamı, mayın 4-də prezident işini davam etdirir. Prezidentin iş qrafiki heç bir şəkildə dəyişmir. Bu gün o, Kremldə işləyir”, - sözçü bildirib.

Qeyd edək ki, Rusiya mətbuatı Kiyevin dronların köməyi ilə Rusiya Federasiyası prezidentinin Kreml iqamətgahına zərbə endirməyə cəhd etdiyini yazıb.

Dövlət başçısının mətbuat xidməti Putinin xəsarət almadığını, iş qrafikinin dəyişmədiyini, işin adi qaydada davam etdiyini bildirib.

Turan İSMAYIL