Kremlə PUA hücumunu Rusiyanın özü təşkil edib - Britaniya MN
Böyük Britaniyanın Müdafiə Nazirliyi hesab edir ki, Ukraynanın Kremlə pilotsuz təyyarə (PUA) hücumundan heç bir faydası yoxdur və bunu Rusiyanın özü təşkil edib.
Redaktor.az xəbər verir ki, bu barədə Sky News-un siyasi müxbiri Tamara Koen Britaniya Müdafiə Nazirliyindəki yüksək vəzifəli mənbəyə istinadən məlumat verib.
“Hər şey mümkündür, amma bu, Ukrayna üçün sərfəli deyil, hərbi üstünlük yoxdur, hamı bilir ki, Putin Kremldə qalmır”, - mənbə deyir.
Onun sözlərinə görə, Rusiyanın belə bir hücumu həyata keçirmək üçün daha çox motivləri var idi.
“Bütün motivlər həqiqətən Rusiyanın xeyrinədir: sosial birlik əldə etmək; daha təsadüfi və ehtiyatsız bombardmanlara bəhanə yaratmaq; Ukrayna vasitəsilə Rusiyaya rəğbət qazanmağa çalışmaq”, - mənbə əlavə edib.
Qeyd edək ki, mayın 3-nə keçən gecə naməlum pilotsuz təyyarələr Kremlə hücum edib. Rusiya prezidentinin administrasiyasında dərhal Ukraynanı ittiham etdilər və bildiriblər ki, Ukrayna bu yolla Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd edib.
Lakin Ukrayna Pezidenti Volodimir Zelenski Kiyevin bu hücumda iştirakının olmadığını bildirib. “Biz Putinə və ya Moskvaya hücum etmirik".
Turan İSMAYIL