Ağ Ev Kremlə hücumla bağlı ittihamlara cavab verdi

 16:30 04.05.2023     357

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Rusiya prezidenti Vladimir Putinə sui-qəsd adlandırdığı Kremlə mümkün pilotsuz təyyarə hücumunun arxasında ABŞ-ın olduğunu iddia edib.

Redaktor.az "CNN"ə istinadən bildirir ki, Ağ Ev bu iddiaları təkzib edib.

Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bu iddiaları “gülünc” adlandırıb.

Xatırladaq ki, Kreml hücum qərarının Vaşinqtonda verildiyini və icraçının Ukrayna hökumətinin olduğunu iddia edir.

"Biz yaxşı bilirik ki, bu cür hərəkətlər və bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev isə artıq ona tapşırılanı yerinə yetirir. Həm Kiyevdə, həm də Vaşinqtonda bunu inkar etmək cəhdləri, əlbəttə ki, tamamilə gülüncdür”, - Peskov bildirib.

Tunar Altunbay