Şentop Rusiya nümayəndə heyətinin çıxışına ukraynaıların müdaxiləsinin qarşısını aldı - VİDEO

 20:28 04.05.2023     414

Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının (QDİƏT) Zirvə toplantısında Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyətinin çıxışına müdaxilə etməyə çalışıb.

Redaktor.az APA-ya istinadla bildirir ki, iclasda sədr qismində iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu cəhdin qarşısını alıb.

 

O, Ukrayna heyətinin davranışına sərt reaksiya verib: “Belə bir şey ola bilməz. Bu iclasın dincliyini kiminsə pozmasına icazə verməyəcəm. Hər kəs öz sözü ilə fikrini bildirə bilər, buna heç bir maneə yoxdur, amma bu cür hərəkətlər edilsə, belə görüşlər parlament iclası olmaqdan çıxacaq və küçə hərəkətinə çevriləcək. Gedin bunu küçədə edin. Burada icazə vermirəm".