Paşinyan Praqada KTMT-dən şikayətləndi
Hesab edirik ki, KTMT Ermənistan qarşısındakı vəzifələrini icra edə bilmədi.
Redaktor.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxışı zamanı deyib.
O bildirib ki, KTMT ilə münasibətlərdə çətinliklər var:
"Ötən il KTMT ilə konsensus əldə edə bilmədik. Mövqeyimizi və təşkilatla bağlı narazılığımızı bildirdik. Biz səmimi və şəffafıq və bu da əlavə çətinliklər yaradır" (axar.az).