İki övladını 150 min ABŞ dollarına satan valideynlər SAXLANILDILAR
İraqda iki övladını 150 min ABŞ dollarına satmaq istəyən valideynlər saxlanılıblar.
Redaktor.az xəbər verir ki, bununla bağlı "Haber Global" İraq Daxili İşlər Nazirliyinə istinadən Anbar şəhərində baş verən hadisə ilə bağlı məlumat yayıb.
Qeyd olunur ki, daxil olan operativ məlumat əsasında bir qız və bir oğlunu 150 min ABŞ dollarına satmaq istəyən valideynlər cinayət başında yaxalanıblar.
Humay İSGƏNDƏRLİ