Zelenskinin səfəri barədə məlumatların sızması ilə bağlı Almaniyada təhqiqat başladı

 09:57 05.05.2023     295

Berlin polisi Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniya paytaxtına gözlənilən səfərinin təfərrüatlarının mətbuata sızmasından sonra araşdırma aparır.

Redaktor.az Politico-ya istinadən bildirir ki, Berlin polisi planlaşdırılan əməliyyatın məxfi təfərrüatlarını paylaşıb, nəticədə məxfilik pozulub.

Berlin polisinin sözçüsü səfərin baş tutacağını təsdiqlədikdən sonra Zelenskinin səfəri ictimaiyyətə məlum olub və bu barədə xəbərlər yerli və xarici KİV-lər tərəfindən işıqlandırılıb.

Berlin polisi yalnız səfərə hazırlığın davam etdiyini təsdiqlədiklərini və dövlət səfərinə təhlükə yarada biləcək heç bir məlumat vermədiklərini söyləyib.

Berlin polisi bu pozuntunu araşdırır və məsələ ilə bağlı araşdırmaya başlayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Almaniyaya səfərinin mayın 13-də baş tutacağı bildirilir. Lakin təhlükəsizlik siyasəti ilə bağlı məxfi məlumatların sızması Ukrayna hökumət rəsmilərini qəzəbləndirib və onlar indi səfəri ləğv etməyi düşünürlər.

Bildirilir ki, Ukrayna rəsmiləri məxfi məlumatların qəsdən yayılmasından ciddi məyus olublar və Ukrayna prezidentinin mümkün səfərini şübhə altına ala biləcək prosesi məsuliyyətsizlik kimi qiymətləndiriblər.

Tunar Altunbay