"Şoyqu, lənətə gələsən, bizə silah ver!" -"Vaqner"in rəhbəri -VİDEO
"Vaqner" muzdlu-silahlılarının rəhbəri Yevgeni Priqojin döyüş sursatlarının olmamasından və silahlıları arasında böyük itkilərdən şikayətlənir.
Redaktor.az xəbər verir ki, “Priqojinin mətbuat xidməti” Telegram kanalında mayın 4-də döyüşdə həlak olan muzdlularının onlarla meyitinin əks olunduğu və Priqojinin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Vasili Gerasimovu söyməsi əks olunan videonu paylaşıb.
"Bizdə 70 faiz sursat qıtlığı var, Şoyqu, Gerasimov... lənət olsun sursat hanı?!" - deyə görüntülərdə Priqojin qışqırır.
Vaxtilə Putinin aşpazı ola Priqojin rus məmurlarının “bahalı klublarda” istirahət edən, həmçinin “Youtube”da video çəkdirən övladlarını xatırlayıb. O, yanvarda Dubaya tətilə gedən Şoyqunun qızını da unutmayıb.
Tunar Altunbay