Erməni deputat Türkiyədə təşkilatın sədr müavini seçildi

 12:05 05.05.2023     478

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı, iqtisadi məsələlər üzrə komissiyanın sədr müavini Babken Tunyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədr müavini seçilib.

Redaktor.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkədə özü məlumat yayıb.

" Mən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının 61-ci plenar sessiyasında təşkilatın sədr müavini seçildim", - Tunyan bildirib.

O, QDİƏT-in İstanbulda keçiriləcək iclası barədə tezliklə məlumat verəcəyini vəd edib.

Xatırladaq ki, Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş QDİƏT parlamentlərinin sədrlərinin sammiti keçirilir.

 Sammitdə parlamentin sədri Alen Simonyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti də iştirak edir.

Arzu İSMAYIL