Gürcüstan Rusiyadan gələn avtomobillərin ölkəyə girişini bağladı

 12:27 05.05.2023     424

Gürcüstan hakimiyyəti Kazbegi-Yuxarı Lars gömrük-keçid məntəqəsində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan gələn avtomobillərin ölkəyə girişini müvəqqəti məhdudlaşdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Respublika Maliyyə Nazirliyinin gəlirlər xidməti “Facebook” səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, bu gün Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə keçid məntəqəsi mayın 5-dən bağlanıb.

“Mayın 5-dən bir ay müddətində tikinti-abadlıq işləri ilə əlaqədar (avtomobillər üçün yeni keçidlərin tikintisi məqsədilə) avtomobillər üçün mövcud keçidlərin işi müvəqqəti olaraq dayandırılacaq”, - nəşrdə deyilir.

Nazirlik Gürcüstana avtomobillə gəlmək istəyən turistlərə yük daşımaları üçün nəzərdə tutulan keçidlərdən keçməyi tövsiyə edib.

Maliyyə Nazirliyinin mətbuat xidməti vurğulayıb ki, bu məhdudiyyətlərin insanlara şamil olunmur və onların keçid məntəqəsindən hərəkəti adi qaydada həyata keçiriləcək.

Arzu İSMAYIL