“Rusiya Kremlə hücum cəhdinə konkret tədbirlərlə cavab verəcək” - Lavrov

 12:31 05.05.2023     716

"Rusiya Kiyevin Kremlə dronlarla hücum cəhdinə sözlə deyil, konkret addımlarla cavab verəcək".

Redaktor.az TASS- a istinadla xəbər verir ki,  bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün bildirib.

"Biz bunun "casus belli" (latınca "müharibəyə səbəb" – red ) olub-olmaması barədə danışmaqla deyil, konkret addımlarla cavab verməyəcəyik. Mütləq cavab verəcəyik", - deyə o, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında qeyd edib.

O əlavə edib ki, Kiyev Qərb ağalarının razılığı olmadan Kremlə pilotsuz təyyarələrdən hücum etmək qərarına gələ bilməz.

"Bu, açıq-aydın düşmənçilik aktı idi. Tamamilə aydındır ki, Kiyev terrorçuları "sahiblərin" xəbəri olmadan bunu edə bilməzdilər", - Lavrov insidenti şərh edərkən vurğulayıb.

Xatırladaq ki, mayın 3-ü gecə, Kiyev Rusiya Federasiyası Prezidentinin Kreml iqamətgahına zərbələr endirmək üçün dronlardan istifadə etməyə cəhd edib.

Dövlət başçısının mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin xəsarət almadığını, iş qrafikinin dəyişmədiyini, işin adi qaydada davam etdiyini söyləyib.

Arzu İSMAYIL