Putinin sözçüsü "Vaqner" rəhbərinin üsyanına münasibət bildirmədi

 13:42 05.05.2023     352

Kreml "Vaqner" PMC-nin rəhbəri Yevgeni Priqojinin muzdlularını Baxmutdan tərk etməklə hədələdiyi videoya münasibət bildirməyib. 

Həmin videoda “Vaqneritlər”in lideri Rusiya Federasiyasının Müdafiə nazirini və Rusiya Baş Qərargah rəisini muzdluları üçün sursat verməməkdə ittiham edir.

Redaktor.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov yerli mətbuata verdiyi şərhdə Priqojinin müraciətini gördüyünü təsdiqləyib:

"Əlbəttə ki, biz bunu mediada gördük. Amma mən bu barədə şərh verə bilmərəm, çünki bu, "xüsusi hərbi əməliyyatın” gedişatına aiddir.

Qeyd edək ki, Yevgeni Priqojin bildirib ki, mərmi olmaması səbəbindən "vaqneritlər" mayın 10-da Baxmutdan çıxarılacaq. "Mən "Vaqner" PMC bölmələrini Baxmutdan çıxarıram, çünki sursat olmadıqda onlar mənasız ölümə məhkumdurlar" - o, deyib.

Mayın 4-də "Vaqner" rəhbəri Priqojin döyüş sursatlarının olmamasından və silahlıları arasında böyük itkilərdən şikayətlənib. O, buna görə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini söyüb.

Turan İSMAYIL