Kiyev səmasında Rusiyanın "Kinjal" raketi vuruldu

 14:00 05.05.2023     423

Ukraynanın paytaxtı Kiyev şəhərinin səmasında Rusiya Silahlı Qüvvələrinə məxsus "Kinjal" hipersəs raketi vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın "Defense Express" hərbi xəbərlər portalı yazıb.

 

Portalın yazdığına görə, Kiyev şəhər hərbi administrasiyası şəhərə hücum zamanı kamikadze PUA-lardan əlavə, ballistik raket trayektoriyasına malik hədəflərin də olduğunu qeyd edib.

Həmçinin qeyd olunub ki, paytaxt stadionlarının birinə raket qalıqlarının düşməsini əks etdirən fotoşəkillər mövcuddur və həmin şəkillərin birində qalıqların arasında "Kinjal" raketinə məxsus ucluğu görmək olar.