Türkiyədən kənarda səs verənlərin sayı açıqlandı

 17:14 05.05.2023     537

Türkiyədə baş tutacaq prezident və parlament seçkiləri üçün xaricdə yaşayan seçicilərin səsvermə sayı açıqlanıb.

Redaktor.az xəbər "Anadolu" agentliyinə istinadla xəbər verir ki, xaricdəki nümayəndəliklərdə və gömrük idarələrində səs verən seçicilərin sayı 1 milyon 227 min 230 nəfər olub.

Xarici ölkə səfirliklərində səsvermə mayın 9-dək, gömrüklərdə isə mayın 14-ü saat 17:00-dək davam edəcək.

Qeyd edək ki, mayın 14-ü də Türkiyədə prezident və parlament seçkiləri baş tutacaq.

Humay İSGƏNDƏRLİ