ÜST rəhbəri COVID-19-la bağlı fövqəladə vəziyyət rejiminin başa çatdığını ELAN ETDİ

 18:25 05.05.2023     959

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, 2020-ci ildən qüvvədə olan COVID-19 üçün qlobal fövqəladə vəziyyətin sona çatdığını elan edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu qərarı bu gün Cenevrədə keçirilən brifinqdə ÜST ekspertlərinin müvafiq tövsiyəsi ilə razılaşaraq açıqlayıb.

"Dünən fövqəladə hallar komitəsi 15-ci iclasını keçirdi və mənə beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyətinə (COVID-19 ilə bağlı) son ​​elan etməyimi tövsiyə etdi. Mən bu tövsiyə ilə razılaşdım", - ÜST rəhbəri bildirib. "Böyük ümidlə COVID-19-un sonunu qlobal fövqəladə hal kimi elan edirəm" - Qebreyesus deyib.

Bununla belə, ÜST rəhbəri bildirib ki, koronavirus hələ yoxa çıxmayıb və mutasiyaya davam etdiyi üçün, ölkələr COVID-19-a qarşı ayıq-sayıq olmalıdırlar. "Bu virus qalmaq üçün buradadır. O, hələ də öldürür və hələ də mutasiyaya uğrayır. Xəstəlik və ölüm hallarında yeni sıçrayışlara səbəb olan yeni variantların ortaya çıxması riski var"  - o, deyib.

Qebreyesus vurğulayıb ki, koronavirusla əlaqədar qlobal sağlamlıq fövqəladə vəziyyətinə son qoyulması ilə bağlı elan edilmiş qərar “sayıqlığı azaltmaq üçün səbəb” kimi qəbul edilməməlidir.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən