Slovakiya xarici işlər naziri istefa verdi

 19:51 05.05.2023     347

Slovakiyanın xarici və Avropa işləri naziri vəzifəsini icra edən Rastislav Kaçer istefasının qəbul edilməsi xahişi ilə respublika prezidenti Zuzana Çaputova müraciət edib.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü "Teraz" portalı Slovakiya dövlət başçısının mətbuat katibi Martin Strijinetsin bəyanatına istinadən məlumat yayıb.

“Bu gün səhər nazir vəzifəsini icra edən Rastislav Kaçer prezident Zuzana Çaputovaya səhər xaricə səfərindən məktubun skanını göndərib, məktubda ondan Xarici İşlər Nazirliyinə rəhbərlik etmək mandatını geri götürməsini xahiş edib”,- Strijinets bildirib.

Onun sözlərinə görə, Kaçer xaricdə ezamiyyətdə olduğu üçün prezident aparatına hələlik xarici işlər nazirinin istefası ilə bağlı rəsmi müraciət daxil olmayıb.

Slovakiya Xarici İşlər Nazirliyinin rəhbəri İtaliyanın Florensiya şəhərindədir. Kaçer Avropa İttifaqının hazırkı vəziyyətinə dair konfransda iştirak edir.

Tunar Altunbay