Pandemiya dövründə dünyada ölən insan sayı açıqlandı
“2020-ci ildən bəri ən azı 20 milyon insan COVID-19-dan ölüb”.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus məlumat verib.
O qeyd edib ki, real ölüm sayı qat-qat yüksəkdir:
"Biz ən azı 20 milyon ölüdən danışırıq".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un pandemiya statusunu ləğv edib.