"Nemezis" abidəsi barədə qərar yanlış idi - Paşinyan

 23:25 05.05.2023     358

Ermənistan Baş naziri “Nemezis” abidəsini məsələsində yanlış qərar verildiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “Azadlıq” radiosuna müsahibəsində deyib.

Paşinyan abidənin ucaldılması qərarını hökumətin vermədiyini diqqətə çatdırıb.

“Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, abidənin açılışından sonra Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb.