3 mərtəbəli bina çökdü
Türkiyənin Malatya vilayətində zəlzələ zamanı qəzalı vəziyyətə düşən bina çöküb.
Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Fevral ayında baş verən zəlzələ zamanı zədələnən 3 mərtəbəli binanın çökməsi nəticəsində 1 nəfər ölüb.
Bölgəyə xilasetmə, tibb və polis qrupları gətirilib. Xilasetmə işləri artıq başa çatıb.