İsveçrə Ukraynaya bu maşınları verəcək

 20:08 06.05.2023     364

İsveçrə Ukraynaya 20 minatəmizləmə maşını verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "RBC-Ukraina" Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Belə ki, sözügedən nazirlik İsveçrənin mexanikləşdirilmiş minatəmizləmə avadanlığı istehsalçısı "Global Clearance Solutions" ilə memorandum imzalayıb.

Razılaşma nəticəsində maşınlar bu il ərzində Ukraynaya veriləcək.

Xatırladaq ki, Ukrayna ərazilərin, o cümlədən kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsində beynəlxalq yardıma ehtiyac duyur.

Daha əvvəl müdafiə naziri Aleksiy Reznikov bildirib ki, Ukrayna ərazisini Rusiya minalarından tamamilə təmizləmək üçün 30 ildən çox vaxt və 5 min mütəxəssis lazım ola bilər.