Ruslar Avdeyevkaya raket zərbəsi endirdi

 20:19 06.05.2023     475

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin mərkəzi hissəsinə raket zərbəsi endirib, ölənlər var.

Redaktor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Avdeyevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş telemarafonun efirində bildirib.

İki çoxmərtəbəli bina dağılıb, nəticədə evlərdən birinin 2-ci mərtəbəsində yaşayan ailə dağıntılar altında qalıb. Ailə başçısı və həyat yoldaşı həlak olub.

Bununla yanaşı, aprelin 30-da raket hücumuna məruz qalan və dağıntılar altında qalan kommunal təsərrüfat işçisinin meyiti tapılıb.

Vumart və Güvən reklamı Vumart Güvən