Rusiya 45 ukraynalı əsiri qaytardı

 20:35 06.05.2023     313

 Rusiya əsirliyində olan 45 ukraynalı azad edilib.

 Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisinin rəhbəri Andriy Yermak məlumat yayıb.

Azad edilən 42 kişi və 3 qadının Mariupol uğrunda döyüş zamanı əsir götürülən "Azov batalyonu"nun döyüşçüləri olduğu bildirilib.

"Bu günəşli gündə əla xəbər. Biz 45 insanımızı evə qaytarırıq. 35 sıravi əsgər və çavuş, 10 zabit", - Yermak qeyd edib.

Rusiya Müdafiə Nazirliyi isə üç pilotun geri qaytarıldığını, onlara tibbi və psixoloji yardım göstərildiyini deyib.