Ukraynaya minatəmizləmə maşınları veriləcək

 22:49 06.05.2023     339

Ukraynanın Reinteqrasiya Nazirliyi İsveçrənin minatəmizləmə avadanlıqları istehsal edən "Global Clearance Solutions" (GCS) şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Müqavilə çərçivəsində GCS bu il ərzində Ukraynaya 20-yə yaxın minatəmizləmə maşınının təhvil veriləcəyini açıqlayıb.

"Maşınlar kənd təsərrüfatı torpaqlarının və mühüm infrastrukturun minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün istifadə olunacaq", - nazirlik qeyd edib.