Türkiyədə zəlzələdən zərər çəkmiş tarixi abidələrin bərpasına başlanıldı

 23:30 06.05.2023     422

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində 678 tarixi abidə zədələnib.

Redaktor.az xəbər verir ki, Qəhrəmanmaraşda zəlzələ nəticəsində ziyan dəymiş tarixi abidələr arasında böyük məscidlər də var.

Malatyada 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər binaların bünövrəsini zədələyib.

Artıq zəlzələdən zərər çəkmiş muzeylərin bərpasına başlanılıb.