"Prilepinə qarşı terror aktına görə məsuliyyət ABŞ-ın üzərinə düşür" - Rusiya XİN

 23:44 06.05.2023     345

Prilepinə qarşı terror aktına görə məsuliyyət ilk növbədə ABŞ-ın üzərinə düşür.

Redaktor.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bu və digər terror aktlarına görə məsuliyyət təkcə Ukrayna hakimiyyətinin deyil, onların Qərb himayədarlarının, ilk növbədə ABŞ-ın üzərinə düşür. Vaşinqtonun rusiyalı jurnalist və ictimai xadimə qarşı növbəti terror aktını pisləməməsi ABŞ hakimiyyətini ifşa edir. Müvafiq beynəlxalq təşkilatların susması qəbuledilməzdir”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.