Bu ölkədə daşqınlarda 200-dən çox adam öldü

 09:17 07.05.2023     469

Konqo Respublikasının Cənubi Kivu əyalətində baş verən daşqınlar nəticəsində 203 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Kivu gölünün sahilindəki Kalehe kəndi yaxınlığındakı kəndlərdə çaylar məcrasından çıxıb. Cənubi Kivu yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, ölənlərin sayı 203-ə yüksəlib, çoxlu sayda insan itkin düşüb.

Cənubi Kiva qubernatoru Teo Nqvabije əyalət hökumətinin təxliyə edilənlərə tibbi ləvazimat, qida və sığınacaq göndərdiyini söyləyib.