Türkiyədə ağır yol qəzası oldu - 12 ölü

 11:01 07.05.2023     333

Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb.

Ölkənin səhiyyə naziri Fahrettin Koca "Twitter" hesabında yazıb ki, zəncirvari qəzada 31 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerinə 22 təcili yardım maşını cəlb edilib.