Slovakiyanın Baş naziri də istefa verdi

 15:40 07.05.2023     376

Slovakiyanın Baş naziri Eduard Heger ölkə Prezidenti Zuzana Çaputovadan onu hökumət başçısı vəzifəsindən azad etməklə bağlı müraciət ünvanlayıb.

Bu barədə Redaktor.az “İnterfax”a istinadən xəbər verir.

Slovakiyanın müvəqqəti hökumətinə rəhbərlik edən Heger nazirlərin istefası ilə bağlı belə bir qərar qəbul edib.

Xatırladaq ki, bundan əvvəl onun kabinetinin bir neçə naziri, o cümlədən Xarici İşlər Nazirliyinin rəhbəri də müvafiq müraciət göndərib.

E. Hegerin bazar günü Çaputova ilə görüşəcəyi gözlənilir. Artıq ölkə Prezidentinin yeni Baş nazir təyin etmək hüququ mövcuddur.