İsveçrə Almaniyaya 25 “Leopard” tankı satacaq

 15:53 07.05.2023     394

İsveçrə hökuməti tezliklə Almaniyaya istismardan çıxarılan 25 ədəd “Leopard” tankının yenidən satılması ilə bağlı qərar verəcək.

Redaktor.az xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis “SonntagsZeitung” qəzetinə deyib.

O əlavə edib ki, hökumət 96 ədəd “Leopard 2” tankının Almaniyaya satılması təklifinin parlamentdə müzakirəsini diqqətlə izləyir.

İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Kristin Berisvil bildirib ki, Ukraynaya silahların tədarükü ölkə qanunvericiliyində dəyişiklik edilmədən mümkün deyil.

Onun sözlərinə görə, İsveçrə Kiyevə çoxlu humanitar yardım göndərir və ölkə Ukraynadan olan qaçqınları da qəbul edib. Diplomat əlavə edib ki, parlament qanunvericiliyə dəyişiklik etməyənə qədər silah təchizatı ilə bağlı vəziyyət dəyişməyəcək.