Netanyahu İsraildə saxlanılan terrorçuların sayını açıqladı

 20:47 07.05.2023     361

İlin əvvəlindən İsrail təhlükəsizlik qüvvələri tərəfindən terror fəaliyyətlərində iştiraka görə 110-dan çox insan zərərsizləşdirilib və ya saxlanılıb ki, bu da rekord nəticədir.

Redaktor.az İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib.

“İlin əvvəlindən biz 110-dan çox terrorçunu zərərsizləşdirdik və ya saxladıq. Bunlar rekord rəqəmlərdir”, - o deyib.